top of page

COP29 məkanında ekofəallar aksiyalar keçirib

Nov 19

1 min read

Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirildiyi məkanda ekofəallar iqlim dəyişkliyinə qarşı mübarizə üçün sənaye dövlətlərinin pul ödəməsini və meşə ərazilərində yaşayan insanların hüquqlarına hörmət edilməsini tələb edən aksiyalar keçirib.

iqlim dəyişikliyi ilə mübarizə üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsini tələb edən aksiyada "Pay up" (Ödəmə vaxtıdır) şüarı olan pankart açılıb.

Tədbirdə “Genosid yanacağını dayandırın!”, “Qlobal Şimal hökumətləri iqlim maliyyəsi üçün ildə 5 trilyon dollar pul ödəyin!”, “Qalıq yanacaqlara yox!”, “Karbon bazarına yox!” və başqa şüarlar qaldırılıb.

Fəallar iqlim təşəbbüslərinin maliyyələşdirilməsinin vacibliyinə, xüsusilə də iqlim böhranının nəticələrindən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə diqqət çəkməyə çalışıblar.

Brazilyalı ekofəallar isə meşə ərazilərində yaşayan insanların hüquqlarının müdafiəsi məqsədi ilə aksiya keçirib. Onlar “COP30 üçün insanlara vədlərinizi verin!”, “İndi iqlim!”, “İndi demarkasiya!” şüarları qaldırıb.  


Turan news agency

Nov 19

1 min read

0

0

0

Comments

Share Your ThoughtsBe the first to write a comment.
bottom of page